BİZİM DƏYƏRLƏR

KEYFİYYƏT

50 il əvvəl şirkətin əsasını qoyan Patris Gautier hər zaman keyfiyyətə və bütün istehsal prosesi müddətində yoxlanışların aparılmasına xüsusi diqqət ayırmışdır. Bu tələb olunan standartlar hal-hazırda Gautier Mebelin Baş direktoru Dominik Soulard tərəfindən davam etdirilir. Eyni zamanda, bu təcrübə bizə bu sahədə peşəkar olduğumuzu təsdiqləyən sertifikatlar əldə etməyimizə səbəb olmuşdur.

BİZDƏN MƏDƏNİYYƏTƏ MİRAS

Gautier, uşaq otağı mebelləri ilə bu sahədə öz imzasını atdı. Çünki balacaları təhlükəsizliyini düşünmək bizim əsas vəzifəmizdir. Belə ki, onların təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş testlər və monitorinqlər keçirilir. Bundan əlavə, məhsullarımız Fransa və Avropa standartlarına uyğun olaraq hazırlanır.

EKOLOJİ ÖHDƏLİKLƏR

Məhsul istehsal edilən zaman bir sıra resurslar tələb olunur ki, bu da öz növbəsində təbiətə təsir göstərir. Biz vətəndaş olaraq öz məsuliyyət və vəzifələrimizi dəyərləndiririk və artıq neçə ildir ki, ümumi eko-dizayn yanaşmasından istifadə edərək bu təsirləri minimuma endirməyə çalışırıq. Təbii resurs olan meşələrin qorunması bizim əsas məqsədimizdir. Meşələrin qırılması təbiətin balansını pozur. Bundan əlavə, meşələr qlobal istiləşmənin qarşısını alır. Bunun üçün biz mebel istehsalında daha davamlı regional meşələrdən və təkrar istehsal edilə bilən ağac qalıqlarından istifadə edirik.

FRANSIZ İSTEHSALÇISI

Artıq 90 ildir ki, Gautier məsuliyyətli istehsalçı olmuş və bu yanaşma üç sertifikatlaşdırma ilə təltif olunmuşdur. Gautier üç sertifikatlaşdırma ilə təltif olunan ilk fransız mebel şirkətidir. 1994-cü ildə İSO 9001 sertifikatını aldıqdan sonra Gautier kefiyyət sahəsində səylərini davam etdirmiş , 2006-cı ildə ətraf mühitin qorunması üzrə ISO 14001, 2007-ci ildə isə iş yerlərində təhlükəsizliyin təmin olunmasına görə OHSAS 18001 sertifikatı ilə təltif olunmuşdur.